ATV-nin aparıcısı Ranar Musayev “ATV maqazin onlarla” verilişində ABŞ-da olarkən başına gələn hadisələrdən danışıb.
Oxu.Az xəbər verir ki, aparıcı ermənilərin onun xarici pasportunu oğurladığını deyib.
“Las-Veqasda ermənilər pasportumu oğurladı. Onunla nəsə pis iş görüb, məni həbsxanaya sala bilərdilər. Ona görə səfirliyə gedib, şikayət ərizəsi yazdım”, - deyə aparıcı bildirib.
O, eyni zamanda, Mayamidə baş verən qasırğanın da şahidi olub və yaşadığı çətinliklərdən söz açıb.
A.S.
www.oxu.az