Yaradıcılığına uzun zamandır fasilə verən bəstəkar-müğənni Rəhim Rəhimlidən xəbər var.
Oxu.Az Lent.az-a istinadən məlumat verir ki, R.Rəhimli reperlər Nadeer Nağd Pul və Ramil Nabranla birlikdə “Bastalama” adlı mahnı oxuyub.
Səsyazma studiyasında olan məşhurlar elə orada maraqlı klip ərsəyə gətirməyi bacarıb. Ekran işinin müəllifi Sabir Nəsiblidir. Klipdə ifaçılarla yanaşı, Elşad Xose və Xose Bernardonu da görmək mümkündür.
Bəstənin musiqisi Rəhim Rəhimli və Nadeer'ə, sözləri isə Ramil Nabran və Nadeer'ə aiddir. Mahnının aranjimanını "Prod beats by Mantra" edib.
E.Ə.
www.oxu.az