Əməkdar artist, gitara ifaçısı Rəmiş qalmaqallı açıqlama verib.
Oxu.Az xəbər verir ki, əməkdar artist, gitaraçı Rəmiş qalmaqal edən müğənnilər barədə “Mix maqazin” verilişində danışıb.
Ad açıqlamasa da, İlhamə Quliyeva və Nazpəri Dostəliyevaya söz atıb:
“Bir də görürsən ki, yekə arvaddırlar, bir-birini məhkəməyə verirlər. Bilmirəm acgözlükdür, ya nədir. Adama ləzzət eləmir. Allaha şükür ki, mən o musiqiçilərlə oturub çörək yemirəm. Mənə əməkdar artist adı verdilər, əvvəlcə utandım. Mənim indi 70 yaşında gündə efirə çıxmağım, toya getməyim mənə ləzzət eləmir.”
Aytən Sadıqzadə
www.oxu.az