Bir neçə gün əvvəl Kiyevdə əməliyyat olunan Azərbaycanın Ciu Cutsu Federasiyasının prezidenti, tanınmış məşqçi Mirəli Seyidovun oğlu Rolan Seyidova dəstək məqsədilə konsert keçiriləcək.
Oxu.Az Tezxəbər-in məlumatına görə bildirir ki, Rolan səhhətində yaranmış problemlə bağlı yanvarın 1-də xəstəxanaya çatdırılıb. 25 yaşlı Rolan Seyidovda qəfildən kəskin baş ağrıları və zəiflik müşahidə olunub.
Həkimlər təcili əməliyyat tövsiyə etsələr də, beynində qansızma aşkarlanan xəstənin yaşayacağına tam zəmanət verməyiblər.
Bundan sonra Rolan Seyidovun valideynləri onu Kiyevə aparıblar.
Kiyevdə əməliyyat aparılıb. Rolanın dostu, müğənni Eldəniz İsrafilovun Tezxəbər-ə bildirdiyinə görə, əməliyyat yaxşı keçib.
Aytən Sadıqzadə
www.oxu.az