Xəbər verdiyimiz kimi ötən gün Azərbaycan Xorvatiyaya biabırçı hesabla məğlub olub.
Oxu.Az xəbər verir ki, yığma komandamız xorvatlara 6:0 hesabı ilə uduzub.
Bu məğlubiyyət hər bir sıravi vətəndaş kimi məşhurlarımıza da çox pis təsir edib. Populyar stilist Samiraldo (Samir Əliyev) bu barədə təəssüratlarını Oxu.Az-la bölüşüb:
“Çox pis oldum. Bizim futbolçular son zamanlar yaxşı oyun nümayiş etdirirdilər. Lakin birdən-birə yola verməyə başladılar. Onlara ayıb olsun! Buna görə Azərbaycan xalqına cavab verməlidirlər. Hər bir futbolçu buna görə məsuliyyət daşıyır”.