Aparıcı Samirə Rüstəmova toya hazırlaşır.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, Samirə psixoloq Kənan Rəhimovla nikah masasına oturacaq.
Bu haqda K.Rəhimov ATV telekanalında yayımlanan “Bu bir sirdir” verilişində qonaq olarkən deyib.
Samirə də xəbəri təsdiqləyib. O, nişan məclisinin aprelin 20-də baş tutacağını bildirib:
“Nişanda yalnız yaxınlarımız iştirak edəcək. Ona görə də çox adam dəvət edə bilmirəm. İnanıram ki, heç kim məndən inciməyəcək. Çox xoşbəxtəm, sevib ailə qururam”.
S.Rüstəmova toyun oktyabr ayına nəzərdə tutulduğunu deyib.
Qeyd edək ki, S.Rüstəmova ATV telekanalında yayımlanan “Şarm”, İctimai TV-dəki “Yeni stil” verilişinin aparıcısı, “ATV maqazin” dərgisinin baş redaktoru olub.