“Taxt oyunları” serialının baş qəhrəmanı Con Snouya həyat verən aktyor Kit Harrinqton Nyu-Yorkdakı barların birində özünü idarə etməkdə çətinlik çəkib.
Oxu.Az xəbər verir ki, buna səbəb isə onun xeyli içki içməsi olub. Sərxoş olan aktyor barda bilyard oynamaq istəyib. İstəyi alınmayanda isə digər oyunçulara mane olmağa çalışıb. Nəticədə məkanda dava çıxıb. Məkan sahibi ilə dalaşan aktyor bardan qovulub.
Qeyd edək ki, analoji hadisə bir dəfə də təkrarlanmışdı. Kit Harrinqton onunla selfi çəkdirmək istəyən fanatı ilə dalaşmışdı.



Pərviz Hüseyn
www.oxu.az