“Space”də yayımlanan “Hələ bu harasıdır” verilişinin növbəti buraxılışı maraqlı anlarla yadda qalıb.
Oxu.Az xəbər verir ki, axşam.az-ın məlumatına görə, verilişin qonaqları arasında türkiyəli ifaçı Emre Kaya, rəqqasə Oksana Rəsulova, rejissor Nail Naiboğlu yer alıb.
Verilişin aparıcısı Təranə Səmədova qonağı Emre Kayaya evlənmə təklifi edib.
“Bizdə bir aparıcı var: Xoşqədəm Hidayətqızı. Sizin müğənniniz Doğuşla ailə qurub. Bəlkə, sən də mənimlə evlənəsən?” sualına E.Kaya “Mənə elçi düşdünüz? Bilmirəm...” deyə zarafatla cavab verib.