Əməkdar artist Teymur Əmrah özü haqqında tənqidi çıxış edib.
Oxu.Az xəbər verir ki, ANS telekanalında yayımlanan “Günəbaxan” verilişinə qonaq olan Teymur Əmrah bunları deyib:
“Bu gün insanlara qalmaqal təqdim etmək olmaz. Camaat artıq bunu istəmir. Əvvəllər mənim də qalmaqallarım olub. Amma indi onları görüb dəhşətə gəlirəm. Özümə baxıram, nifrət edirəm”.
Əməkdar artist, həmçinin özünü müğənni adlandırmaq istəmədiyini də qeyd edib:
“Mən müğənni, sənətkar deyiləm. Pedaqoq və ifaçıyam. Mahnı oxumuram. Hərdən pul qazanmaq, dolanmaq xatirinə nəsə səsləndirirəm. Göstərirəm ki, səsim var”.
Aytən Sadıqzadə
www.oxu.az