Tanınmış prodüser Tolik (Tarix Əliyev) “Instagram” hesabında “Space” telekanalında bir neçə gün əvvəl yayımı dayandırılmış “Bu, maraqlıdır” verilişi barəsində tənqidi fikirlər yazıb.
Oxu.Az xəbər verir ki, o, birgə çalışdığı müğənnilərin adıçəkilən telekanalın proqramlarında iştirak etməsini əngəllədiyini qeyd edib.
“Bu, biabırçılıqdır. İşlədiyim müğənnilərin “Space”də görünməsini hər zaman əngəlləyirəm. Əgər hansısa müğənni özünə hörmət etmirsə, bu, onun öz işidir. Belə gündəmdə olmaqdansa, heç məni çəkməsə daha yaxşıdır. 8 il əvvəl “Space”in vaxtları var idi. İnciməsinlər, amma şəxsən mən və ətrafımdakı insanlar bu kanala baxmır. Bu, nə səviyyəsizlikdir? Bunu izləyən turistlər, əcnəbilər nə fikirləşəcəklər?
Belə səviyyəsiz verilişlərdənsə, Vaqif müəllimin (“Space” kanalının prezidenti Vaqif Mustafayev - red.) filmlərini efirə vermək daha yaxşı olar. “Yaramaz” filmi bu proqramdan daha səviyyəlidir”,-deyə Tolik vurğulayıb.
A.S.
www.oxu.az