Üç il əvvəl Keti Holmsdan ayrılan 53 yaşlı Tom Kruz asistenti, 22 yaşlı Emili ilə eşq münasibətləri yaşayır.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, cütlük keçən günlərdə birlikdə görüntülənib. Tom Kruz pərəstişkarlarıyla şəkil çəkdirərkən Emili arxada səbrlə onu gözləyib.
Bu barədə “UsWeekly” jurnalı yazır:
“Tom hər zaman Emili ilə eşqbazlıq edərdi. Aralarında inanılmaz bir sevgi münasibəti var”.
Qeyd edək ki, Emili Tom Kruzun keçmiş həyat yoldaşı Keti Holmsa bənzərliyi diqqət çəkir.