13:25
ANS telekanalının aparıcısı Ülvira Qarayeva işdən qovulması barədə olan xəbərə aydınlıq gətirib.
Oxu.Az xəbər verir ki, mövqe.az-a açıqlama verən aparıcı bu xəbəri yalan adlandırıb:
“Qənirə Ataşovanın ev almasına heç bir şəkildə etiraz etmirəm. Bu prezidentin qərarıdır. Belə bir şey yoxdur. Bizim onunla şəxsi münasibətlərimiz də çox gözəldir. Halal xoşu olsun. Evdə də gülə-gülə otursun. Mən heç bir şəkildə buna etiraz etməmişəm. ANS-dən 3 nəfər ev alıb və mən də həmkarlarımı təbrik etmişəm. Hal-hazırda işdəyəm. Belə bir söhbətlər yoxdur. Mən ANS-dəyəm, işdəyəm. Bu xəbər doğru deyil”.
12:20
Bir neçə ay əvvəl Anspress-ə baş redaktor təyin olunan Ulvira Qarayeva işdən qovulub.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, iki gün əvvəl ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev iclas keçirib.
İclasda işçilərə əsəbiləşən V.Mustafayev Anspress-ə bir neçə ay əvvəl baş redaktor təyin olunan Ulvira Qarayevanı işdən qovub.
ANS prezidenti həmçinin televiziya əməkdaşlarını da sərt tənqid edib. Onun aparıcı və bir neçə gün əvvəl jurnalistlərə tikilən binadan mənzil verilən Qənirə Ataşovanın ünvanına sərt ifadələr işlətdiyi bildirilir.
ANS rəhbərinin aparıcıya “satqın” dediyi də vurğulanır.
Qeyd edək ki, Anspress-ə hələ ki, ANS Şirkətlər Qrupu prezidentinin müşaviri Mais Məmmədov nəzarət edir.