Müğənni Vasif Məhərrəmlinin qızı Əfşanın 12 yaşı tamam olub.
Oxu.Az xəbər verir ki, bu münasibətlə ifaçı sənət dostlarını da başına yığaraq təmtəraqlı ad günü mərasimi keçirib. Gecədə İzzət Bağırov, Xatun, Lamiyə Ələkbərova, Ədalət Şükürov və başqaları iştirak ediblər.
Qeyd edək ki, Əfşan V.Məhərrəmlinin ilk evliliyindən olan övladıdır. Müğənninin ikinci evliliyindən bir oğlu var.