Aparıcı Vüsalə Əlizadə qızı ilə istirahətdədir.
Oxu.Az xəbər verir ki, övladı Diləklə fotolarını sosial şəbəkədə paylaşan V.Əlizadənin ünvanına sərt sözlər yazılıb.
Aparıcı haqqında yazılanlara belə cavab verib:
“Allah hamının balasın qorusun, mənim də bir dənəmi. Balamı vətən turuna çıxarmışam. Bir aydır məzuniyyətdəyəm, ilk dəfədir evdən çıxıram. Üçgünlük istirahətə gəlmişəm. Sözüm mənə bəxtəvərlik oxuyanlaradır: Haqqımda az danışın. İstirahət hamının haqqıdır. Burada şəkil paylaşmırıq ki, hamı pis nəfsini töksün. Allah hamıya ürəyinə görə versin”.