Xalq artisti Aygün Kazımova Snoop Doggdan sonra yeni duet ortağı tapıb.
Oxu.az mövqe.az-a istinadən xəbər verir ki, həmişə gözlənilməz addımlar atan Kazımova bu dəfə də iti ilə duet oxuyacaq.
Bu barədə xalq artisti özü açıqlama verib:
"Bəli, Aygün Kazımova iti ilə duet oxuyacaq. Bu doğrudur. Zarafat deyil. Hətta mənim Prışkam Məstanımla (qızı İlqarəni nəzərdə tutur ) da ifa edir. O, evdə mahnı oxuyanda Prışka da onunla birgə oxuyur. Səs-səsə verirlər. Mənim atacağım addım isə bir ilk olacaq. Çünki iti ilə duet oxuyan müğənni bu vaxta qədər olmayıb".
Qeyd edək ki, Prışka və İlqarənin ifası bir neçə gün əvvəl internetdə yayılmışdı.