Sənətdən, çəkilişlərdən yorulmuşam. İndi istirahətə dəhşətli dərəcədə ehtiyac duyuram.
Oxu.Az xəbər verir ki, bu fikirləri AzNews.az-a açıqlamasında xalq artisti, tanınmış sənətkar Yalçın Rzazadə deyib.
Müğənni bildirib ki, bundan sonra tamaşaçılar onu hər verilişdə görə bilməyəcəklər:
“Mənə o qədər kanaldan dəvət gəlir ki, sayı-hesabı yox. Amma bunların heç birini qəbul etmirəm. Bundan sonra yalnız sanballı verilişlərdə görünəcəm. Çünki səviyyəsiz verilişlərə nə yaşım, nə sağlamlığım, nə də sənətim imkan vermir”.