Xeyli müddətdir efirdə görünməyən Çağatay Ulusoy “Star” TV-də başlayacaq yeni serialla ekrana geri dönəcək.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, aktyor budəfəki ekran əsərindən ayda 180 min TL qazanacaq.

Hər bölüm üçün 45 min TL alacaq olan Çağatay Ulusoyun tərəf müqabili isə Merve Boluğur olacaq.
Merve Boluğur isə bu serialın hər bölümündən 20 min TL əldə edəcək.

Aytən Sadıqzadə
www.oxu.az