“Yeni ulduz - 4” müsabiqəsinin iştirakçılarından olan Elnar Xəlilov 6 ildir ki, efirdə görünməməyinin səbəbini açıqladı.
Oxu.Az xəbər verir ki, 2007-ci ildə həmin müsabiqənin yadda qalan iştirkaçılarından biri olan Elnar Xəlilov yenilikləri ilə gündəmə gələcək.
Gənc müğənni sözügedən müsabiqədən sonra birdən-birə efirlərdən itməsi barədə danışdı:
“Yeni ulduz - 4”dən sonra 2009-cu ildə Rusiyaya getdim. Gedişimin məqsədi maddi məsələlərlə bağlı idi. 5 il orada yaşadım. Sonra vətənə qayıdıb burada biznes qurmaq istədim, amma ziyana düşdüm”.
Bu yaxınlarda “Elohim” adlı mahnıya çəkilmiş klipini təqdim edən Elnar Xəlilov klip barəsində bunları dedi:
“Daha çox gənclərlə işləyirəm. Mənim bu yaxınlarda təqdim etdiyim “Elohim” klipimi də mənə yaxın olan gənc dostlarımla birlikdə ərsəyə gətirdik. “High Life Fashion & Model Academy”nin baş direktoru Aqil Məmiyev klipdə çəkiləcək model seçimində mənə kömək etdi. Klipi gənc rejissor Zaur Əzimov çəkdi.
Bu klipdən sonra mənə eyni suallar verilir:
“Niyə ivrit dilində mahnı ifa etmisən?”
Bu suallardan artıq bezmişəm. “Elohim” sözünün mənası Allahım deməkdir. Bunun nəyi pisdir ki, burada üsyan yoxdur axı!?”.
Gənc ifaçı gələcək planları barədə məlumat verdi:
“Müasir dövrdə albom üzərində çalışmaq boş yerə xərc çəkmək deməkdir. Çünki internetdə həmin mahnı yayılır, hər kəs oradan yükləyib dinləyir və albom satılmır. Ona görə albom barədə heç fikirləşmirəm. Amma yeni mahnılar yazdırıb, klip çəkdirməyi planlaşdırıram.
Yaxın zamanlarda “Mutluluk yolcusu” adlı mahnıya klip çəkiləcək. Bu mənim üçün yazılmış mahnıdır. Mahnıda bəzi sözlər türk dilindədir. Türk-şərq rokudur. Sözləri və musiqisi Günel Sərdarqızına aiddir. Bu mahnıya çəkiləcək klipi də “Elohim”dəki komanda ilə işləyəcəm”.
Çəkilişə göstərdiyi köməyə görə “Perfetto” restoranına minnətdarlığımızı bildiririk. Ünvan: Bəşir Səfəroğlu 133. Əlaqə nömrələri: (012) 597 18 97, (055) 240 76 77
Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az