Türkiyəli müğənni Yusuf Güney əylənməyə getdiyi gecə klubunda içəri buraxılmayınca məkanın təhlükəsizlik xidmətinin əməkdaşları ilə əlbəyaxa olub.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisədən sonra pop ifaçısı Beşiktaş Polis Mərkəzinə gedərək məkanın təhlükəsizlik xidmətinin rəhbəri Beştaşın onu təhqir etdiyini deyərək ondan şikayət edib.
İstintaqdan sonra Güneyin o gecə məkana icazəsiz girdiyi və məkanın təhlükəsizlik xidmətinin müdirinin təhqir etdiyi məlum olub. Məkanın təhlükəsizlik müdiri də ifaçıdan şikayətçi olunca prokurorluq hər iki tərəfə qarşılıqlı olaraq təhqir və təhdid iddiasıyla dava açıb. Məhkəməlik olan Yusuf Güney və Gökmen Beştaş üçün 9 il həbs cəzası istənilib.
İstintaq araşdırması davam etdirilir.