ATV telekanalının tanınmış siması, aparıcı Zaur Baxşəliyev Rəqsanə İsmayılovanın “İnanımmı” mahnısını ifa edib.
Oxu.Az xəbər verir ki, “Ümid var” verilişinin prodüseri Faiq Ələkbərli ifanı öz “İnstagram” səhifəsində paylaşıb.Yaraşıqlı teleaparıcını saz ifaçısı Aqşin Tariyeloğlu və “Xalq ulduzu - 3” müsabiqəsinin iştirakçısı Kamil Cəfərov müşayiət ediblər.
Zaurun ifasına Rəqsanə belə münasibət bildirib:
“Türkmənistan prezidentindən sonra Zaurun ifası əladır”.
Qeyd edək ki, Rəqsanənin “İnanımmı” mahnısını Türkmənistan prezidenti Qurbanqulu Berdimuhəmmədov da ifa edib.
Aytən Sadıqzadə
www.oxu.az