15 
İyn
2020
16:13
27
192
2525
Virtual karabakh

“Avroviziya-2021”in final tarixləri bəlli oldu - VİDEO

15 İyn, 2020
16:13
2525

“Avroviziya-2021”in final tarixləri bəlli oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ildə Hollandiyanın Rotterdam şəhərində keçiriləcək “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin yarımfinal və final tarixləri açıqlanıb.

Oxu.Az xəbər verir ki, “Ahoy” konsert zalının arenasında təşkil olunacaq yarışmanın birinci yarımfinalı may ayının 18-i, ikinci yarımfinalı 20-si, böyük final isə 22-də baş tutacaq.

Ölkəmizi “Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsində müğənni Samirə Əfəndi təmsil edəcək.

Qeyd edək ki, “Avroviziya 2020” mart ayının 18-də koronavirus pandemiyası səbəbindən ləğv olunub.

Müsabiqənin təşkilatçıları iştirakçı ölkələrin istədikləri qaydada 2021-ci ildə keçiriləcək yarışmadakı nümayəndələrini dəyişə və ya saxlaya bildikləri haqqında məlumat veriblər. Belə olan halda isə onlar artıq yeni kompozisiyalarla çıxış edəcəklər.

Rəşad Əliyev 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri