Mərhum Xalq artisti Teymur Mustafayevin oğlu Seymur Mustafayevin koronavirusa yoluxması xəbəri yayılıb.
Bu məlumatı ATV telekanalında yayımlanan “Bizimləsən” sosial-ictimai proqramının aparıcısı Zaur Baxşəliyev canlı efirdə verib.
Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı S.Mustafayevlə əlaqə saxlayıb.
O, barəsində yayılan xəbərin yalan olduğunu bildirib:
“Koronavirusa yoluxmamışam. Bu xəbəri özlərindən uydurublar. Belə bir şey yoxdur. Başımız hazırda atamın dəfn işlərinə qarışıb.
Yalan xəbərləri yayıb, qohum-əqrəbamızı da təşvişə salıblar. Testdən keçmişəm və nəticəsi neqativ çıxıb. Bir daha xahiş edirəm, hansısa məlumatı yayanda dəqiqləşdirsinlər”.
Qeyd edək ki, Xalq artisti Teymur Mustafayev iyunun 11-də koronavirusdan vəfat edib.
Rəşad Əliyev
Rəylər