Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

ABŞ-dən olan professor Şuşa haqqında: “Şəhər daha da cəlbedici məkana çevriləcək”
“Şuşaya qayıtmaq, onun təbii gözəlliklərini yenidən araşdırmaq lazımdır”.
Bunu “Report”a Yeni Orleandakı Tulane Universitetinin siyasət professoru Raymond Taras deyib.
“Yayda daha çox araşdırmaq və şəhərin gözəlliyindən həzz almaq üçün buraya qayıtmaqdan məmnun olaram. Mənə də çox maraqlıdır ki, Şuşada hansı dəyişikliklər baş verəcək. Şuşanın necə inkişaf etdiyini və çiçəklənməsini bir daha qiymətləndirmək heyrətamiz olardı. Təcrübəmə əsaslanaraq, əminəm ki, şəhər daha da cəlbedici məkana çevriləcək”, - deyə o bildirib.
Professor Şuşanın müsəlman dünyasının mədəniyyət paytaxtı seçilməsindən sevinc duyduğunu bildirib və bu hadisənin ölkə tarixində əhəmiyyətini xüsusilə vurğulayıb.
"Şuşa" teqi üzrə xəbərlər
- Ceyhun Bayramov: "Türk Dövlətləri Təşkilatı Azərbaycan üçün vacib beynəlxalq təşkilatdır"
- Daxili Qoşunların yaranmasından 33 il ötür
- Firudin Qurbanov: "STEAM Azərbaycan" layihəsi Laçın, Zabux və Şuşa məktəblərində baş tutacaq"
- Şuşa əməliyyatı ilə bağlı film: Çəkilişlər harada və nə zaman başlayır? - ÖZƏL
- Siyasi partiya nümayəndələri, politoloq və digər ekspertlər azad olunan ərazilərə səfər ediblər