ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.
Oxu.Az xəbər verir ki, diplomatik mənbələrdən APA-ya məlum olub ki, səfirə “Azadlıq” radiosuna müsahibəsində işlətdiyi bəzi ifadələr xatırladılıb, Azərbaycanın daxili işlərinə qarışmağın əksini tapdığı fikirlərə yol verilməsinin qeyri-məqbul olması barədə irad bildirilib.
Səfirin diqqətinə çatdırılıb ki, bu kimi addımlar həm iki ölkə arasında münasibətlərin ruhuna, həm də diplomatik fəaliyyət normalarına uyğun deyil.
ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən isə səfirin Xarici İşlər Nazirliyinə çağırılmadığı bildirilib.