"Nəhayət 35 ildən sonra ən böyük arzumuza çatırıq, Zəngilanımıza qovuşuruq, sevincimizin həddi-hüdudu yoxdur".
Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Zəngilan rayonunun Ağalı kəndinə köç edən Əli Zamanov deyib.
O bildirib ki, Ağalı kəndinə xanımı ilə qayıdır:
"İllərlə yurd həsrəti çəkmişik. Masazırda köçkün həyatı yaşamışıq. Amma bu gün dövlətimiz bizi evlə təmin edib, köçməyimizi də yüksək səviyyədə təşkil edir. Həyat yoldaşımla öz yurduma qayıdıram.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Xatırladaq ki, bu gün Zəngilan rayonunun Ağalı kəndinə daha 41 ailə - 110 nəfər köçürülür.
Rövşən Əsədov