Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ali Məhkəmədə Moldova nümayəndə heyəti ilə görüş keçirilib
Moldova Respublikasının baş prokuroru vəzifəsini icra edən İon Muntyanunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Ali Məhkəməsində olub.
Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov qonaqları salamlayaraq, ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib. Sədr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları və Ali Məhkəmənin fəaliyyəti barədə ətraflı məlumat verib.
Bildirilib ki, ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində daimi iş aparılır, hakim vəzifəsinə seçim prosedurları müasir standartlara uyğunlaşdırılır, məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə edilir.
Görüşdə iki ölkə arasında məhkəmə-hüquq sistemləri üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub və qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
"Ali Məhkəmə" teqi üzrə xəbərlər
- Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi üzrə işdən çıxarılanların nəzərinə
- Şəxs vəfat edərsə, krediti kim ödəməlidir?
- Akif Çovdarov əmlaklarının yenidən geri qaytarılmasını istəyir
- Qanunsuz ağackəsmə cinayəti ilə bağlı MÜHÜM QƏRAR
- Məhkəmə dövlətə xəyanətdə ittiham olunan Əli Behişti ilə bağlı qərar verdi