Bu siyasi hadisədən sonra Azərbaycan xalqı gələcəyini müəyyənləşdirəcək.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) Dairə Seçki komissiyalarının (DSK) sədrləri üçün təşkil etdiyi seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib.
Ali Məhkəmənin binasında DSK sədrləri ilə keçirilən görüşdə “Seçki hüquqlarının məhkəmə müdafiəsi, mübahisələrin məhkəmə aidiyyəti: bu sahədə məhkəmə təcrübəsi” mövzusunda çıxış edən Ramiz Rzayev qeyd edib ki, hər bir azərbaycanlı gələcəyini, tarixini düşünərək seçimini etməlidir. Bununla o, Azərbaycanın gələcək inkişafına öz töhfəsini verməlidir:
“İlham Əliyevin daim xalqın, dövlətin maraqlarından çıxış etməsi, Azərbaycan xalqının qarşısında gördüyü işlər onu alternativsiz liderə çevirib”.
Ali Məhkəmənin sədri jurnalistlərə açıqlamasında bildirib ki, xalq öz dövlət başçısını açıq və bərabər şəkildə iradəsini ifadə edərək seçəcək:
“Biz əminik ki, bu ilin oktyabr ayında nəzərdə tutulan seçkilər tam demokratik, ədalətli şəkildə seçiləcək və Azərbaycan xalqı da öz iradəsini bildirəcək”.