Bir müddət əvvəl polis tərəfindən saxlanılmış Bəxtiyar Hacıyev azadlığa buraxılıb.
Oxu.Az xəbər verir ki, o, bu barədə Facebook-dakı şəxsi profilində yazıb.
18:15
Bəxtiyar Hacıyevin polis tərəfindən saxlanılması təsdiqlənib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsindən Bəxtiyar Hacıyevin hazırda bölmədə saxlanıldığı bildirilib.
Qeyd edilib ki, B.Hacıyevi bölməyə Post Patrul Xidməti bölüyünün əməkdaşları gətiriblər:
“Post Patrul Xidməti əməkdaşları piyada keçidindən istifadə etməyən şəxslərə qarşı tədbir görərkən Bəxtiyar Hacıyev həmin ərazidə qanunsuz çəkiliş aparıb. Çəkilişin hansı məqsədlə aparılmasını müəyyən etmək üçün o polis bölməsinə dəvət edilib. Araşdırma başa çatandan sonra həmin şəxs sərbəst buraxılacaq”.
Qeyd edək ki, B. Hacıyev öz “Facebook” səhifəsində polis tərəfindən saxlanılması barədə status yayıb.