Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas mayın 5-də Azərbaycana səfər edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa Xarici Fəaliyyət Xidməti (EEAS) məlumat yayıb.
Avropa diplomatiyasının rəhbəri səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla, o cümlədən bir sıra yüksəksəviyyəli ikitərəfli görüşlər keçirəcək.
Qaynar xətt:
(055) 224 12 12