"Kontakt" mağazalar şəbəkəsinin hər kəsə seçim azadlığı tanıyan "Qoşa seç, 100 000 apar" kampaniyası sevindirməyə davam edir. Belə ki, şəbəkənin keçirdiyi növbəti final tədbirində daha bir ailə tam-tamına 100 000 manatlıq böyük pul mükafatının sahibi olub.
20-yə yaxın finalçının iştirak etdiyi o həyəcanlı günün şanslısı bir nəfər - evdar xanım Gülnarə Zeynalovadır. Gülnarə xanımın uduş hekayəsi sadəliyi ilə seçilir. O, evinin yaxınlığında yerləşən "Kontakt"ın Bakıxanov mağazasından cəmi 220 manat dəyərində qazan dəsti alaraq kampaniyaya qoşulub. Final günü zərlər onun əvvəlcədən bəyan etdiyi qoşa rəqəmdə dayandığı üçün Gülnarə xanım 100 000 manatlıq böyük mükafatın sahibi olub. Görünür, həmin qazanların onun mətbəxinə gətirdiyi bərəkət təsəvvür ediləndən daha böyük olub.
Günün qəhrəmanı bu böyük uduşu təkcə özü üçün deyil, həm də başqaları üçün bir işıqucu hesab edir:
"Mən bu qazanları övladlarımın ruzisi üçün almışdım. Heç ağlıma da gəlməzdi ki, bu alış-veriş mənə 100 000 manat qazandırar. Bu pulu uşaqlarımın təhsili üçün ayıracağam, amma mütləq bir hissəsini ehtiyacı olanlarla paylaşacağam. Çünki inanıram ki, sevinc paylaşıldıqca çoxalır".
Qeyd edək ki, bu günədək beş nəfərin qalib olduğu kampaniyada ümumilikdə 300 000 manat qazanılıb. "Qoşa seç, 100 000 apar" kampaniyasını unikal edən əsas məqam iştirakçıların uduşlu qoşanı özlərinin təyin etməsidir. Üstəlik, qaydalar da sərfəlidir: finala qədərki mərhələlərdə qazanılan məbləğlər heç bir halda itirilmir və müştəridə qalır.
Kampaniya isə eyni sürət və eyni mükafat fondu ilə hələ davam edir. Şərtlər barədə daha ətraflı məlumat üçün buraya daxil ola bilərsiniz.