Avstriyada keçirilən prezident seçkilərində Yaşıllar Partiyasının sabiq lideri Aleksander Van der Bellen qalib gəlib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, müstəqil namizəd qismində namizədliyini irəli sürən A. Van der Bellen ilkin hesablamalara əsasən 54% səs toplayıb.
Onun rəqibi, Avstriya Azadlıq Partiyasının namizədi Norbert Xoferə seçicilərin 46 faizi səs verib. N.Xofer məğlubiyyətini etiraf edərək A. Van der Belleni qələbə münasibəti ilə təbrik edib.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin