Azərbaycan və Monteneqro xarici işlər nazirləri Ceyhun Bayramovla Ervin İbrahimoviç mətbuata bəyanatlarla çıxış edirlər.
Oxu.Az xəbər verir ki, mətbuat konfransı Azərbaycan XİN-də təşkil olunub.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Monteneqro Xarici İşlər Nazirliyi arasında Konsulluq məsələləri üzrə Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Oxu.Az Azərbaycan XİN-in məlumatına istinadən xəbər verir ki, sənəd konsulluq sahəsində ikitərəfli əməkdaşlığı gücləndirməyi və vətəndaşlara göstərilən xidmətləri təkmilləşdirməyi hədəfləyir.
The signing ceremony of the Memorandum of Understanding on Cooperation in Consular Affairs between the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan and the Ministry of Foreign Affairs of Montenegro took place @AzerbaijanMFA. 🇦🇿🇲🇪
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) December 20, 2025
The document aims to strengthen… pic.twitter.com/EFTTJKtsHY
12:42
Azərbaycan və Monteneqro xarici işlər nazirləri Ceyhun Bayramovla Ervin İbrahimoviç arasında təkbətək görüş keçirilir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi rəsmi "X" hesabında paylaşım edib.
"Hazırda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Monteneqro Baş nazirinin beynəlxalq münasibətlər üzrə müavini və xarici işlər naziri Ervin İbrahimoviç arasında təkbətək görüş başlayıb", - deyə paylaşımda bildirilib.
Happening now: Tête-à-tête meeting between @Bayramov_Jeyhun, Minister of Foreign Affairs of the Republic of #Azerbaijan and @ErvinIbrahimov1, Deputy Prime Minister for International Relations and Minister of Foreign Affairs of Montenegro has just started @AzerbaijanMFA. pic.twitter.com/YAL6zHA9TX
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) December 20, 2025