Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycan XİN Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas şərti açıqlayıb
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas şərti açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə XİN-in Mətbuat Xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə bildirib.
"Danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Bununla yanaşı, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq", - deyə XİN sözçüsü bildirib.

"Xarici İşlər Nazirliyi (XİN)" teqi üzrə xəbərlər
- Rövşən Mirzəyev: "Astara terminalının yenilənməsi və körpü qurulması prosesi yekunlaşmaq üzrədir"
- Rövşən Mirzəyev: "Azərbaycan okeanların idarəolunması barədə konfranslara qatılır"
- Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatının iki mərkəzi yaradılacaq
- Ermənistan, Gürcüstan və Azərbaycan XİN rəhbəri müavinlərinin görüşü olub
- Azərbaycan və Sloveniya XİN başçılarının görüşü keçirilib