Azərbaycanda ümumxalq səsverməsi 5627 seçki məntəqəsində keçiriləcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
O bildirib ki, referendumla bağlı 34 ölkəni təmsil edən 90 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.
M.Pənahov əlavə edib ki, seçki prosesini izləmək üçün 53300 yerli müşahidəçi qeydiyyata alınıb:
“Bunlardan 1097-si MSK-da, qalanları isə Dairə Seçki Komissiyalarında qeydiyyatdan keçib”.
A.M.