Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanda seçkiqabağı təşviqat başlayıb
Bu gün Azərbaycanda bələdiyyə seçkisinin təşviqat kampaniyası başlayır.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat "Azərbaycan Respublikasında bələdiyyə seçkisinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb.
Seçki Məcəlləsinə əsasən, təşviqatı qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri apara bilərlər.
Qanunvericiliyə görə, təşviqat prosesi səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
Təqvim planında bu müddət bu gündən başlayır, yanvarın 28-i saat 08:00-da başa çatır.
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, bələdiyyə seçkilərində 118 seçki dairəsini əhatə edən 685 bələdiyyə üzrə 15 696 namizəd qeydə alınıb.
"Bələdiyyə seçkisi" teqi üzrə xəbərlər
- YAP bələdiyyə seçkisində ödənişsiz təşviqat hüququndan imtina edib
- Məzahir Pənahov: "Çalışmalıyıq ki, seçki ilə bağlı proseslər qanun çərçivəsində davam etsin"
- Bələdiyyə seçkisində qeydə alınan namizədlərin sayı açıqlanıb
- Bələdiyyə seçkisində "exit-poll" keçirilməsi üçün sənədlərin qəbulu müddəti gələn həftə başa çatır
- Bələdiyyə seçkisinin təşviqatı nə zamandan başlayır?