Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
AzQAC-ın prezidenti: “Hesab etmirəm ki, Qarabağda erməniəsilli şəxslərin yaşadığı yerlərdə fəlakət var” -VİDEO
“Mən hesab etmirəm ki, Qarabağda erməniəsilli şəxslərin yaşadığı yerlərdə fəlakət var”.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında deyib.
“Bizim tərəfdaşlar soruşa bilərdilər ki, Qızıl Aypara Cəmiyyəti nə üçün gecikib? Biz orada problemin olub-olmamasını müəyyən etməliyik. Ancaq mən hesab etmirəm ki, Qarabağda erməniəsilli şəxslərin yaşadığı yerlərdə fəlakət var. Bu mənim subyektiv mövqeyimdir. Ancaq bizim tərəfdaşlarımız tərəfindən müəyyən rəylər var. Onların rəylərinə əsasən, biz də müəyyən narahatlığın olduğunu və sülh məramımızı göstərmək üçün həmin insanlara yardım etmək qərarına gəlmişik”.
Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan humanitar yardım yola salınıb. Ağdam-Xankəndi yolu ilə aparılan humanitar yardım karvanında ilkin mərhələ üzrə 40 ton un var. Hazırda yardımın erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.
"Ağdam" teqi üzrə xəbərlər
- Ermənistanın zenit-raket kompleksi necə məhv edilmişdi? - Havada vurulan texnikadan GÖRÜNTÜLƏR
- Ermənilərin xeyli silah-sursat topladığı ərazidən YENİ GÖRÜNTÜLƏR
- Ağdamda 94 yaşlı kişini avtomobil vurub
- "Qafqazın Hirosiması" adlandırılan Ağdam: Ermənilərin viran qoyduğu şəhər
- Ombudsmanların Beynəlxalq Bakı Forumu iştirakçılarının azad olunmuş ərazilərə səfəri başlayıb