Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Baş katib: “Azərbaycan TÜRKSOY-un lider dövlətlərindən biridir”
“Azərbaycan TÜRKSOY-un lider dövlətlərindən biridir və təşkilata böyük töhfə verir”.
Bunu “Report”un Bursaya ezam olunmuş müxbirinə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov bildirib.
“Azərbaycan türk dünyasında xüsusi yer tutur və əhəmiyyətli mövqeyə malikdir”, - Düsen Kaseinov deyib.
Onun sözlərinə görə, təşkilat Azərbaycanın Mədəniyyət Nazirliyi ilə sıx əməkdaşlıq edir və bu əməkdaşlığı davam etdirmək niyyətindədir.
“Hər ili Azərbaycanın hansısa tanınmış mədəniyyət xadiminin ili elan edirik. Bütün dünyaya onların yaradıcı irsini və əsərlərini nümayiş etdiririk”, - Baş katib deyib.
Xatırladaq ki, TÜRKSOY 2017-ci ili “Molla Pənah Vaqif ili” elan edib və bununla əlaqədar bir sıra tədbirlər keçirib, 2018-ci ildə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevə tədbir həsr edib, 2019-cu ili “İmadəddin Nəsimi ili” elan edib, bu il isə TÜRKSOY çərçivəsində görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illiyi qeyd ediləcək.
"Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi" teqi üzrə xəbərlər
- İsmayıllı Mədəniyyət Mərkəzində işçilərin ixtisar edilməsinin SƏBƏBİ BİLİNDİ
- "Şəhid övladlarının incəsənət akademiyası" layihəsinin bağlanış mərasimi keçirilib
- Beynəlxalq konfransın əcnəbi iştirakçıları Xudavəng monastırı ilə tanış olublar
- "Qordi düyünü"nə düşən inşaat - Tikintisi doqquz ildir ləngiyən Mədəniyyət Sarayı
- Korrupsiyaya görə işdən çıxarılan qadın məmur həbs edildi