Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Beynəlxalq axtarışda olan şəxslər Rusiya və Gürcüstandan Azərbaycana ekstradisiya olunublar
Beynəlxalq axtarışda olan şəxslər Rusiya və Gürcüstandan Azərbaycana ekstradisiya olunublar.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Rusiya Federasiyasının vətəndaşı Eldar Nail oğlu Asmetovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. Rusiya Federasiyası Cinayət Məcəlləsinin mütəşəkkil dəstə tərəfindən xüsusilə külli miqdarda ziyan vurmaqla oğurluq və cinayətkar birlikdə iştirak etmə maddələri ilə təqsirləndirilərək dövlətlərarası axtarışa elan edilmiş E.N.Asmetov 2024-cü ilin aprel ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Rusiya Federasiyasının səlahiyyətli orqanına təhvil verilib.
Həmçinin, Baş Prokurorluğun vəsatəti əsasında Gürcüstanın Baş Prokurorluğu tərəfindən beynəlxalq müqavilələrdən irəli gələn müddəalara uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Asif Aleksandr oğlu Məlikovun, Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən isə Raqif Hüseynqulu oğlu Hüseynov və Ruslan Nazim oğlu Şıxayevin verilmələri haqqında qərarlar qəbul olunub.
Belə ki, Asif Məlikovun Cinayət Məcəlləsinin xeyli ziyan vurmaqla törədilən dələduzluq, Raqif Hüseynovun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, Ruslan Şıxayevin isə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barələrində beynəlxalq axtarış elan edilib.
Hər üç şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
"Ədliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Öz arzusu ilə işdən çıxan ədliyyə işçisinə maaşının 6 misli məbləğində birdəfəlik müavinət veriləcək
- Fəridə Hacıyeva: "Bəzi bələdiyyələrdəki gender komissiyaları formal xarakter daşıyır"
- Kamran Əliyev: "Qardaş xalqlar arasında inteqrasiya prosesləri yeni müstəviyə qədəm qoyub"
- Türk Ədliyyə Təlim Şəbəkəsinə Azərbaycanın sədrliyi çərçivəsində beynəlxalq konfrans keçirilir
- Fikrət Məmmədov daha bir vəzifəsini İTİRDİ