Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Beynəlxalq Parlament Konfransının iştirakçıları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər
"Parlamentarizm: Ənənələr və perspektivlər" mövzusunda Beynəlxalq Parlament Konfransının iştirakçıları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər.
Oxu.Az xəbər verir ki, əvvəlcə Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarına əklil qoyulub, onun xatirəsi anılıb.
Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş vətən övladlarının məzarları ziyarət olunub.
Konfrans iştirakçıları adından "Əbədi məşəl" kompleksinə əklil qoyulub.
Bunun ardınca ziyarətçilər Türk Şəhidliyinə də gedərək, onların ruhuna hörmət və ehtiramlarını bildiriblər.
"Fəxri xiyaban" teqi üzrə xəbərlər
- Belarus nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
- Türkiyənin Azərbaycandakı yeni səfiri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
- Somali prezidenti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini anıb
- AZAL təyyarəsində həlak olanların 40 mərasimi keçirilib
- Həsən Məmmədovun atası hansı hərəkətinə görə ondan küsmüşdü?