“Azərbaycan regional lider rolu oynayır”.
“Report” xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Azərbaycan Hökuməti və BMT arasında Bakı şəhərinin “2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etməsinə dair” Sazişin imzalanma mərasimində bildirib.
“İlk dəfə Ümumdünya Şəhərsalma Forumu bu regionda keçiriləcək. Bu, böyük nailiyyətdir. Azərbaycan Qarabağda daha yaşıl, inklüziv şəhərlərin və kəndlərin qurulmasına öz töhfəsini verir. Biz ümid edirik ki, həm Ümumdünya Şəhərsalma Forumunda, həm də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Azərbaycanın nailiyyətləri nümayiş etdiriləcək”, - deyə o qeyd edib.