Ermənistan Ordusunun əsgəri odlu silahdan açılan atəş nəticəsində ölüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün günorta saatlarında baş verib. Manuçar Manuçaryan adlı əsgər odlu silahdan açılan atəş nəticəsində xidmət etdiyi postda ölüb.
Ermənistan Müdafiə Nazirliyi əsgərin intihar etdiyini açıqlasa da, bəzi saytlar Müdafiə Nazirliyinin faktı gizlətməyə çalışdığını yazır.