Avqustun 3-də Ermənistan və Azərbaycanın sərhədində, Nerkin karmir axbür kəndi istiqamətində erməni hərbçisi yaralanıb.
Oxu.Az erməni KİV-ə istinadən xəbər verir ki, güllə Saro Şaryanın çiyninə dəyib.
Erməni KİV-in məlumatına görə, bu, son iki gün ərzində ikinci belə hadisədir. Əvvəllər bildirilirdi ki, avqustun 2-də cəbhənin şimal-şərq istiqamətində 1993-cü il təvəllüdlü Sarmen Köçəryan adlı əsgər yaralanmışdı.