"Bizim milli enerji operatorumuz ČEPS də Azərbaycandan təbii qaz almaq niyyətindədir".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Çexiyanın Baş naziri Andrey Babiş Prezident İlham Əliyevlə mətbuata bəyanatında söyləyib.
Azərbaycanın qaz hasilatını tədricən artırdığını qeyd edən Çexiyanın baş naziri deyib:
"Bu gün şirkətin rəhbəri də bizimlədir və biz qaz təminatı baxımından Azərbaycanla uzunmüddətli müqavilə bağlaya bilsək, çox şad olarıq".