Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkə gənclərini 5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edib.
XİN rəhbəri bu barədə özünün “Twitter” hesabında paylaşım edib.
“5 dekabr - Beynəlxalq Könüllülər Günündə Azərbaycanın davamlı inkişafına töhfə verən bütün könüllülərimizi təbrik edir, xeyirxah və nəcib fəaliyyətlərində onlara yeni uğurlar arzulayıram”, - deyə nazir sosial şəbəkə hesabında yazıb.
5 dekabr - Beynəlxalq Könüllülər Günündə #Azərbaycan|ın davamlı inkişafına töhfə verən bütün könüllülərimizi təbrik edir, xeyirxah və nəcib fəaliyyətlərində onlara yeni uğurlar arzulayıram.
— Jeyhun Bayramov (@bayramov_jeyhun) December 5, 2021
Happy #InternationalVolunteerDay! pic.twitter.com/GTdrpbRT7R