Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Cun Sumer: "Boneyr xalqının mübarizəsinə verdiyi dəstəyə görə BTQ-yə təşəkkür edirəm"
"Bakı Təşəbbüs Qrupu (BTQ) və Azərbaycan hökuməti müstəmləkə altında olan xalqların öz problemlərini açıq şəkildə dilə gətirə bilməsi üçün təhlükəsiz məkan yaradıb".
"Report" xəbər verir ki, bunu BMT-nin Afrikaəsilli İnsanların Problemi üzrə Daimi Forumunun sədri Cun Sumer "Boneyr adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu" adlı konfransda çıxışı zamanı deyib.
"Dörd əsrdən artıqdır ki, davam edən mübarizəmizdə irəli addım atmaq və bizə, Boneyr xalqına qoşulmaq üçün göstərdiyiniz cəsarətə görə sizə təşəkkür edirəm. Qeyd etməliyəm ki, müstəmləkə altında yaşayan xalqlar çox vaxt özlərini pis aparan şıltaq uşaqlar kimi qəbul edilirlər, azadlıq hərəkatlarının səsinə çox vaxt məhəl qoyulmur və ya hörmət edilmir. Ona görə də fikirlərimizi ifadə edə biləcəyimiz təhlükəsiz məkanın olması bizim üçün çox vacibdir", - o qeyd edib.
"Bakı Təşəbbüs Qrupu (BTQ)" teqi üzrə xəbərlər
- Fransa müstəmləkələrindən olan media nümayəndələri Mətbuat Şurasında olublar
- Bakı Təşəbbüs Qrupunun rəhbərliyi ilə xarici media nümayəndələri arasında görüş olub
- Fransa müstəmləkələrində fəaliyyət göstərən jurnalistlərin ilk dəfə Azərbaycana səfəri başlayıb
- Beynəlxalq Dekolonizasiya Cəbhəsi Prezident İlham Əliyevin Dəmir Yumruğunu özünə rəmz seçib
- BTQ-nin icraçı direktoru: "Fransanı əsassız ittihamları kənara qoymağa və əməkdaşlığa dəvət edirik"