"Qarşıya belə bir məqsəd qoymuşuq ki, Azərbaycanın hər bir regionunda Belarusla bağlı bir layihə həyata keçirilsin".
Oxu.Az xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç 2025-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
O, istər sənaye, istər tikinti, istər mədəniyyət, istərsə də təhsil sahəsində müvafiq layihənin reallaşmasının hədəflər sırasında olduğunu açıqlayıb:
"Bu proyektlər qarşılıqlı əməkdaşlığın real nümunəsi olmalıdır".
Səfirin sözlərinə görə, diplomatik korpusla birlikdə işğaldan azad edilmiş ərazilərə gedərkən Ağdamdan Bakıya Belarus istehsalı olan nəqliyyat vasitəsi ilə qayıtmaları da təsadüfi deyildi.
Diplomat həmçinin qeyd edib: "İstəyirik əməkdaşlıq bütün sahələrdə olduğu kimi, Azərbaycanın hər bölgəsini də əhatə etsin. Bu proses ikitərəfli əsasda həyata keçirilir".
Töhfə Səməd