"Mən Prezident İlham Əliyevə əfv sərəncamına görə təşəkkür edirəm".
Bunu Oxu.Az-a açıqlamasında əfv sərəncamından yararlanan Pakistan vətəndaşı Əhməd Kalem deyib.
O, Azərbaycan xalqının sadə və səmimi olduğunu, həbsdə olarkən ona yaxşı davranıldığını deyib:
"Buna görə hər kəsə təşəkkür edirəm. Azərbaycan xalqı həm də qalib xalqdır. Qarabağ Azərbaycandır. Yaşasın Azərbaycan-Pakistan dostluğu".

Mərahim Nəsib