Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Elçin Əmirbəyov: "Minatəmizləmə işlərində biz heç də digər ölkələrdən yardım gözləmirik"
"Azərbaycan mina problemi ilə bağlı məsuliyyətini dərk edərək, bütün minatəmizləmə işlərinin maliyyələşdirilməsi baxımından 95 faizini öz dövlət büdcəsi hesabına ödəyib".
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, çox vacib məqamdır ki, beynəlxalq ictimaiyyət bu əsas problemə öz lazımi diqqətini göstərsin:
"Bu, onu göstərir ki, biz heç də digər ölkələrdən yardım gözləmir, öz işimizi özümüz görürük".
"Gözləntimiz ondan ibarətdir ki, Ermənistan bizim tələbimizə uyğun olaraq, dəqiq məlumatları versin. Bu, eyni zamanda, iki tərəf arasında etimadqurucu tədbir kimi görülə bilər", - deyə E.Əmirbəyov bildirib.
Nəzrin Vahid