"Vaşinqton görüşü və əldə olunan nailiyyətlər Azərbaycan diplomatiyasının ən parlaq zirvələrindən biridir. Bu diplomatik qələbənin yeganə müəllifi Prezident İlham Əliyevdir. Bu, cənab Prezidentin həm beynəlxalq arenadakı nüfuzunun, həm də diplomatik-siyasi düşüncəsinin göstəricisidir".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr edilmiş xüsusi iclasda deyib.
O qeyd edib ki, Vaşinqtonda Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi üçün beynəlxalq zəmanət əldə olunub.
Məhərrəm Əliyev