Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Əli Əsədov: "MDB liderləri arasındakı etibarlı münasibət əməkdaşlığın inkişafına böyük təkan verir"
"MDB ölkələrinin dövlət və hökumət başçıları arasındakı etibarlı münasibətlər əməkdaşlığın inkişafına böyük təkan verir".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında bildirib.
Hökumət başçısı vurğulayıb ki, 2024-cü il Azərbaycan üçün dövlət və hökumət başçıları səviyyəsində çoxsaylı səfərlərlə əlamətdar olub.
"Dövlət və hökumət başçıları arasında yaranmış etibarlı münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli formatlarda bütün sahələrdə qarşılıqlı fəaliyyətin intensivləşməsinə böyük təkan verir", - deyə Ə.Əsədov bildirib.
Baş nazir xatırladıb ki, bu il Azərbaycanın siyasi həyatında mühüm hadisələr baş verib:
"Müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq ölkənin ərazi bütövlüyü bərpa edildikdən sonra prezident və parlament seçkiləri onun bütün ərazisində keçirilib. Bu da tarixi hadisə olub. Eyni zamanda, keçmiş məcburi köçkünlərə doğma torpaqlarında təşkil olunmuş seçki məntəqələrində səs verməyə imkan yaradıb. Bu baxımdan, MDB üzvü olan ölkələrə və birliyin özünün müşahidəçilər missiyasına fəal iştirakına və göstərdikləri peşəkarlığa görə təşəkkür etmək istərdim".
"Müstəqil Dövlətlər Birliyi (MDB)" teqi üzrə xəbərlər
- Nigar Məmmədova: "Ərəb dünyası ilə münasibətlərin dərinləşməsi ölkəmizə dividendlər qazandırır"
- Azərbaycan təyyarə qəzasının MDB Beynəlxalq Aviasiya Komitəsi tərəfindən araşdırılmasını rədd edib
- MDB liderləri AZAL təyyarəsində həlak olanların xatirəsini andılar
- İlham Əliyev təyyarə qəzasına görə Rusiya səfərini yarımçıq qoydu
- Paşinyan Rusiyaya getmir - bəhanəsi var